Azərbaycanda hava normadan artıq qızacaq

Azərbaycanda hava normadan artıq qızacaq

14 May 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 15-də şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti gözlənilir.
O.M.