Rusiyada avro bahalaşmaqda davam edir

Rusiyada avro bahalaşmaqda davam edir

7 Sentyabr 2020 14:51
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyada avronun məzənnəsi 2016-cı ildən sonra ilk dəfə 90 rubldan yuxarı qalxıb.

Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, avro bahalaşmaqda davam edir. Belə ki, son məlumata görə, 1 avro valyutadəyişdirmə məntəqələrində 90,3 rubla dəyişdirilir. Buna paralel olaraq dolların da qiymətində qalxma qeydə alınıb. Belə ki, bu gün günorta Rusiyada 1 dolların dəyəri 76 rubldan 76, 09 rubla yüksəlib.

Oxuməni.az