Gələn il  COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

Gələn il COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

3 Sentyabr 2020 12:56
Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycan 2021-ci il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat vəsait ayıracaq.

Oxuməni.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Oxuməni.az