Rusiyanın ən varlı qadını Baturinadır
Inteco Management şirkətinin prezidenti Yelena Baturina Forbes versiyasına görə Rusiyanın ən varlı qadınları siyahısında birinci yeri tutub.
Oxuməni.az-ın Kommersant.ru-ya istinadən verdiyi xəbərə görə, xanım Baturinanın gəliri ildə 100 milyon dollar artıb və hazırda 1,3 milyard dollar təşkil edir. Forbes-in hesablamalarına görə, Rusiyanın 25 qadınının var-dövləti 10,7 milyard dollara çatıb.
İkinci yeri isə Wildberries-in sahibi Tatyana Bakalçuk tutub. Onun gəliri də il ərzində 100 milyon dollar artaraq 1,1 milyard dollar olub. 2020-ci ilin fevralında isə xanım Bakalçuk ilk dəfə Forbes Real-Time reytinqində birinci yeri tutub, lakin apreldə birinci yerə yenidən xanım Baturina çıxıb.
Üçüncü yerdə isə "Spartak"ın sahibi Leonid Fedunun qızı Ekaterina Fedun gedir. Xanım Fedunun var-dövləti 700 milyon dollar təşkil edir.
Oxuməni.az































.jpg)











































.jpg)
.jpg)










