Pandemiyadan zərər çəkən 22 603 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən 22 603 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib

19 Avqust 2020 16:23
Bəyəndim (1) Bəyənmədim (0)

Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində pandemiyadan zərər çəkən sahibkarlara 50 379,8 min manat vəsait ödənilib.

Oxuməni.az-a Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2-ci mərhələ çərçivəsində 228 175 muzdlu işçini əhatə edən 22 603 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi alan vergi ödəyiciləri üzrə həyata keçirilir.

Oxuməni.az