Aİ liderləri  750 milyard avroluq bərpa fondunun yaradılması barədə razılığa gələ bilmədilər

Aİ liderləri 750 milyard avroluq bərpa fondunun yaradılması barədə razılığa gələ bilmədilər

19 İyul 2020 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) liderləri 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fondunun yaradılması ilə bağlı aparılan danışıqlarda yenidən irəliləyişə nail ola bilməyiblər.

Bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter” səhifəsində məlumat verib.

“Proqram əvvəlcə iki gündən - cümə və şənbə günlərindən ibarət idi. Ancaq danışıqlar uzanıb. Plenar iclas başa çatdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sabah günorta saatlarında yenidən iclas çağıracaq”-deyə, o əlavə edib.

Oxuməni.az