![ABŞ-ın dövlət borcu rekord həddə çatıb](http://oxumeni.az/images/2020/06/11/7251e84c-b67d-4c60-a902-0a7ae13d4ceb.jpg)
ABŞ-ın dövlət borcu rekord həddə çatıb
ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.
Oxuməni.az SBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.
Qeyd olunub ki, həmin artımın əsas səbəb COVID-19 virusuna qarşı görülən tədbirlərdir.
Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 trilyon ABŞ dolları, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon ABŞ dolları artdığı göstərilib.
Xatırladaq ki, mart ayının sonunda prezident D.Tramp koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran şəraitində iqtisadiyyata 2 trilyon ABŞ dollarından artıq dəstək tədbirləri barədə qanunu imzalayıb. Bu il aprelin 21-də isə Senat 500 milyard ABŞ dolları həcmində daha bir tədbirlər zərfini təsdiqləyib.
Oxuməni.az
Digər xəbərlər