OPEC: Neftin qiyməti ilin ortalarında 40 dollara çata bilər
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu ilin ortalarına qədər bir barel xam neftin qiymətinin təxminən 40 ABŞ dolları olacağını gözləyir.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bunu Əlcəzairin energetika naziri, OPEC konfransının prezidenti Məhəmməd Arkab bildirib.
Nazir düşünür ki, bu xammalın qiymətləri may və iyun aylarında ortalama olaraq hər bir barel üçün 35 dollara yüksələcək.
Arkab əlavə edib ki, belə bir tendensiya xam neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasının həyata keçirilməsi ilə bağlı olacaq.
Oxuməni.az
Digər xəbərlər







































.jpg)














































