Azərbaycan Ukraynaya kredit verəcək
Azərbaycan Ukraynaya kredit ayırmağa razılıq verib.
Oxuməni.az xəbər verir ki, bu məlumatı Ukrayna Radasının Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryan Zabolotski yayıb.
“Hakimiyyət nümayəndələri ilə görüşdə Prezident Zelenski dedi ki, Azərbaycan və Kanada ölkəyə kredit yardımı ayırmağa razılıq verən dövlətlərdir. Bakı 300 milyon dollar kredit verməyə razıdır. Bu məbləğ Azərbaycan üçün elə də böyük vəsait deyil. Bizə bu çətin dövrdə uzadılan hər yardım əli çox dəyərlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna lideri Zelenski ölkəni defoltdan xilas etmək üçün 8-10 milyard dollara təcili ehtiyac olduğunu, buna görə bir neçə dövlət başçısına, o cümlədən Prezident İlham Əliyevə xahişlə müraciət etdiyini bildirmişdi.
Oxuməni.az
Digər xəbərlər







































.jpg)














































