Prezident 190 manat alanların sayını 3 dəfə artırdı

Prezident 190 manat alanların sayını 3 dəfə artırdı

18 Aprel 2020 10:06
Bəyəndim (1) Bəyənmədim (0)

Cənab İlham Əliyevin koronavirus pandemiyasına görə 190 manat alan işsiz insanların sayını 200 min nəfərdən 600 min nəfərə qaldırılması ilə bağlı verdiyi göstəriş təkcə Azərbaycan dövlətinin sosial mahiyyəti deyil, bu, birbaşa Prezidentin xalqa münasibətinin göstəricisidir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev iki nazirlə videobağlantı formatında keçirilən iclasda Dövlət başçısı bildirib ki, yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb və indi bu təkliflər, sifarişlər geniş təhlil edilir:: “Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq”.

Oxuməni.az