Əmanətlərin tam sığortası  başa çatır

Əmanətlərin tam sığortası başa çatır

2 Mart 2020 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 4-ü Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti başa çatır.

Oxuməni.az xəbər verir ki, 4 mart 2019-cu il tarixindən bir il müddətinə artırılan əmanətlərin tam sığortalanması sisteminin başa çatmasına cəmi 2 gün qalıb.

Qeyd edək ki, 2016-cı ildə 3 il müddətinə əmanətlərin tam sığortalanması qərarı verilsə də, 2019-cu ilin fevralında bu müddət daha bir il artırılmışdı.

Müddət artırılmasa, 4 martdan etibarən banklarda olan əmanətlərin yalnız 30 min manata qədər olan hissəsi dövlət təminatına alınacaq.

Oxuməni.az