Diqqət: Azərbaycan bu gecə yay vaxtına keçəcək

Diqqət: Azərbaycan bu gecə yay vaxtına keçəcək

24 Mart 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, martın 25-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv ediləcək. Yəni 04:00 göstəricisində olan əqrəblər 05:00 göstəricisi ilə əvəz ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının sonuncu bazar günü əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının sonuncu bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

O.M.