Yaponiya Özbəkistanın avtomobil sənayesinin inkişafına 15 milyon dollar sərmayə qoyacaq

Yaponiya Özbəkistanın avtomobil sənayesinin inkişafına 15 milyon dollar sərmayə qoyacaq

21 Dekabr 2019 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Özbəkistanın avtomobil sənayesinin inkişafına 15 milyon dollar sərmayə qoyacaq.
Oxumeni.az Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Tokioda Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti ilə Yaponiyanın “Isuzu Motors” və “Itochu Corporation” şirkətləri arasında saziş imzalanıb.
Bildirilir ki, bu vəsait Səmərqənd şəhərində müxtəlif tutumlu avtobuslar, yük maşınları və pikaplar istehsal edən Özbəkistan-Yaponiya Birgə Müəssisəsinin inkişafına xərclənəcək.
Bu vəsait qoyulduqdan sonra Səmərqənd zavodunda istehsalın həcmi ildə 5 min ədəddən 10 min ədədə kimi artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az