ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb

19 Dekabr 2019 13:46
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.

Oxumeni.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,1 milyon barrel (0,2 faiz) azalaraq 446,8 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 800 min barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2,5 milyon barrel (1,1 faiz) artaraq 237,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 5,4 milyon barrel çoxalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az