Bakıda uçqunun qarşısı alınmasa, bina mühafizəsiz qalacaq

Bakıda uçqunun qarşısı alınmasa, bina mühafizəsiz qalacaq

19 Mart 2012 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin verdiyi məlumata görə, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin D massivində, 16-cı binanın yaxınlığında, uzunluğu 20, hündürlüyü 6 metrdən ibarət olan istinad divarı uçub. Onun sözlərinə görə, divarın uçmasına torpaq çökməsi səbəb olub. Ş.Niftiyev deyib ki, istinad divarı yamacda olan yaşayış binasının 2-3 metr yaxınlığında tikilib: "Çökmənin səbəbi binanın kanalizasiya sularının yer səthinə axmasıdır. Uçqunun qarşısı alınmasa, bina mühafizəsiz qalacaq".

O.M.