Litva ordusu ABŞ-dan 8,7 milyon avro dəyərində rabitə sistemi alacaq

Litva ordusu ABŞ-dan 8,7 milyon avro dəyərində rabitə sistemi alacaq

18 Dekabr 2019 21:21
Bəyəndim (0) Bəyənmədim (0)

Litvanın Müdafiə Nazirliyi nəzdində olan Müdafiə Resursları Agentliyi 8,7 milyon avrodan çox dəyəri olan rabitə sistemlərinin alınmasına dair ilkin müqavilə imzalayıb.

Oxumeni.az xəbər verir ki, müqavilə Amerikanın “Harris Global Communications” şirkəti ilə imzalanıb. “Bu müqavilə üç il üçün etibarlıdır. İlkin müqavilənin sifarişləri üzrə ödənişlərə qənaət olunub”, - deyə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi Asta Galdikayte mətbuata açıqlamasında söyləyib.

Radiostansiyaların ilk partiyasının alınması gələn ilin ikinci rübü üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az