Birləşmiş Ştatların neft ehtiyatları çoxalır

Birləşmiş Ştatların neft ehtiyatları çoxalır

18 Dekabr 2019 09:33
Bəyəndim (2) Bəyənmədim (0)

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.

Oxumeni.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,7 milyon barrel artıb. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 1,41 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az