Təhsil Nazirliyi ilə TQDK arasında fikir ayrılığı aradan qaldırıldı

Təhsil Nazirliyi ilə TQDK arasında fikir ayrılığı aradan qaldırıldı

16 Mart 2012 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında dərsliklərlə bağlı yaranmış problem həll olunub. Belə ki, TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək "Tarix" dərsliklərindəki nöqsanları aradan qaldıracaq. Bununla bağlı martın 13-də Təhsil Nazirliyi və TQDK-nın ekspertlərinin iştirakı ilə birgə müzakirələr aparılıb. Müzakirələr nəticəsində "Tarix" dərsliyindəki səhvlərin aradan qaldırılması qərara alınıb: "Biz buna çox şadıq. Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq".

TQDK sədri həmçinin bildirib ki, bu gün Təhsil Nazirliyi ilə "Biologiya" dərsliyindəki səhvlərlə bağlı müzakirələr aparılır. O, bu müzakirələrin nəticələrinin də uğurlu olacağına ümid etdiyini bildirib.

O.M.