 
    
    SİYAHI-Sovet əmanət kassalarında qalmış borclar 2013-cü ilin sonunadək ödəniləcək
Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının ölkə vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və o bankın hüquqi varisi "Kapital Bank" ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə o hesabdakı qalıqlar nəzərə alınmaqla fərdi birdəfəlik ödəmələr verilsin. Əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabradək başa çatdırılır. "Kapital Bank" ASC birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.
| Əmanət qalığı | Qaytarılacaq məbləğ | 
| 2000 rubl | 300 manat | 
| 3000 rubl | 400 manat | 
| 4000 rubl | 500 manat | 
| 5000 rubl | 600 manat | 
| 6000 rubl | 680 manat | 
| 7000 rubl | 760 manat | 
| 8000 rubl | 840 manat | 
| 9000 rubl | 920 manat | 
| 10 000 rubl | 1 000 manat | 
| 15 000 rubl | 1 250 manat | 
| 20 000 rubl | 1 500 manat | 
| 25 000 rubl | 1 750 manat | 
| 30 000 rubl | 2 000 manat | 
| 35 000 rubl | 2 250 manat | 
| 40 000 rubl | 2 500 manat | 
| 45 000 rubl | 2 750 manat | 
| 50 000 rubl | 3 000 manat | 
| 60 000 rubl | 3 500 manat | 
| 70 000 rubl | 4 000 manat | 
| 80 000 rubl | 4 500 manat | 
| 90 000 rubl | 5 000 manat | 
| 100 000 rubl | 5500 manat | 
O.M.
 
                             
                             
                            











 
     
    









































































