Yahoo yaxın tərəfdaşı Facebook-u məhkəməyə verdi

Yahoo yaxın tərəfdaşı Facebook-u məhkəməyə verdi

13 Mart 2012 17:55
Bəyəndim (0) Bəyənmədim (0)
Şirkət ən böyük sosial şəbəkəni 10 patentləşdirilmiş layihəni oğurlamaqda ittiham edir

Yahoo Inc internet portalı Facebook Inc sosial şəbəkəsini 10 patentləşdirilmiş layihəsini oğurlamaqda ittiham edərək məhkəməyə verib. Reuters-in məlumatına görə, reklam bazarında xeyli geridə qalan Yahoo bu yolla diqqəti üzərinə çəkmək, eyni zamanda ən böyük sosial şəbəkəni təhdid etmək fikrindədir. Dünən Kaliforniyanın San-Xose federal məhkəməsinə göndərilən iddia ərizəsində Facebook-dan 10 milyard dollar məbləğində maddi və mənəvi təzminat tələb olunub. Facebook-un mətbuat katibi Conatan Tou məlum xəbərlə mətbuatdan tanış olduğunu və bu hala üzüldüklərini bildirib. Belə ki, iki şirkətin əməkdaşlığının uzun müddətli tarixi var. Yahoo təmsilçiləri isə iddia verməkdə haqlı olduqlarını və qələbəyə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Facebook səhmlərini satışa çıxaracağını bildirdikdən sonra onun nizamnamə kapitalının 100 milyard dollar təşkil edəcəyi ehtimal olunur. Bu halda Yahoo-nun son cəhdlərini təsadüf saymaq olmaz.
İnternet, yəni WWW ümumdünya hörümçək toru deməkdir. Hörümçək isə şikarını ilk növbədə tora salır...

Murad Şahməmmədov

O.M.