Füzuli rayonu dünəndən işıqsız qalıb

Füzuli rayonu dünəndən işıqsız qalıb

5 Mart 2012 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, dünən gecə baş vermiş qasırğa rayonun infrastrukturuna xeyli ziyan vurub. 180-ə yaxın müxtəlif tutumlu daşıyıcı elektrik xətlərinin dirəkləri, 33 kilometr uzunluğunda elektrik naqili, 6 transformator sıradan çıxıb. Rayonun Azərbaycanın nəzarətində olan 45 yaşayış məntəqəsinin hamısına elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov bildirib ki, qasırğa və yağan qar nəticəsində rayonda ümumi və fərdi təsərrüfatlara xeyli zərər dəyib. Bu saatlaradək yalnız Horadiz şəhəri də daxil olmaqla 16 yaşayış məntəqəsini elektrik enerjisi ilə təchiz etmək mümkün olub. Hazırda dəymiş zərərin aradan qaldırılması işləri aparılır. Günün sonuna qədər digər qəsəbə və kəndlərə elektrik enerjisinin verilişi bərpa olunacaq.

O.M.