Novruz bayramı ilə əlaqədar Bakıda ucuz yarmarkalar təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Bakıda ucuz yarmarkalar təşkil olunacaq

3 Mart 2012 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları sahibkarlarla birlikdə 10-20 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək.

İstehlakçılar satış yarmarkalarında müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər. Yarmarkaların təşkil ediləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.

O.M.