
Udin dilində yeni dərslik çap olundu
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının verdiyi məlumata görə, Azərbaycanda yaşayan udinlər üçün yeni dərsliyin çapına başlanılıb. 3-cü sinif şagirdləri üçün nəzərdə tutulan "Udin dili" dərsliyinin çapına başlanılıb. Azərbaycanda 1 və 2-ci siniflər üçün "Udi dili" dərslikləri isə əvvəlki illərdə çap etdirilib.
F.Şahbazlı Azərbaycanda milli azlıqların dərsliklə bağlı problemlərinin olmadığını da bildirib. O, qeyd edib ki, Təhsil Nazirliyi Azərbaycanda yaşayan milli azlıqları hər il dərs vəsaitləri ilə təmin edir. Ölkədə talış, ləzgi, saxur, avar və udinlər üçün dərsliklər çap etdirilib.
O.M.
Digər xəbərlər