Azərbaycanda pensiya artımı  Milli Məclis  tərəfindən təsdiqləndi

Azərbaycanda pensiya artımı Milli Məclis tərəfindən təsdiqləndi

9 İyul 2019 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün keçirilən Milli Məclisin plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə edilib. Mediainfo.az-ın verdiyi xəbərə görə, müzakirələrdə çıxış edənlər prezidentin bu qərarını yüksək dəyərləndiriblər. Qeyd edək ki,

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.