
Mars, Snickers, Twix şokoladları istehsal edilməyəcək
Amerikanın nəhəng ərzaq istehsalçısı Mars Inc yeni qərarını açıqlayıb. Hər porsiyasında enerji tutumu 200 kilokaloriyə çatan Mars, Snickers və Twix şokoladları 2013-cü ilin sonundan etibarən istehsaldan çıxarılacaq. M&M's, Skittles və Juicy Fruit brendlərinin də istehsalçısı olan bu şirkət indən belə istehlakçı sağlamlığına diqqət yetirəcəklərini açıqlayıb. Şirkət rəsmisi Marlin Meçatın fikrincə, strategiyanın dəyişilməsi və yeni islahatlar alıcılar tərəfindən düzgün qarşılanmalıdır.
Bundan əvvəl, yəni 2007-ci ildə Mars Inc rəsmən elan etmişdi ki, alıcılarının 25 faizi 12 yaşdan aşağı şəxslər olduğu halda reklamlarını rəsmən dayandıracaq.
Korrespondent.net. saytının məlumatına
görə, 2015-ci ilə qədər Mars Inc-in istehsal etdiyi qida məhsullarında
natriumun səviyyəsi 25 %-ə qədər azalacaq.
Xatırladaq ki, adıçəkilən şirkət dünya üzrə ən iri brendlərin istehsalçısıdır. Extra, Orbit saqqızları, Pedigree,
Royal Canin və Whiskas heyvan
qidaları bu şirkətin məhsullarıdır.
Çox güman ki, Azərbaycanın istehsal etdiyi saxta Mars, Snickers və Twix şokoladları daha yaxşı satılacaq...
Aqil Hüseynov
O.M.