
Bu gün Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarında suyun verilməsində məhdudiyyətlər olacaq
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu gün Bakı şəhərinin Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Buna səbəb paytaxtın Ziya Bünyadov küçəsində 1200 mm-lik magistral su xəttində baş vermiş qəzadır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.
O.M.
Digər xəbərlər