Səfər Mehdiyevin Qazax rayonunda  qəbulu aprelin 29-na keçirilib

Səfər Mehdiyevin Qazax rayonunda qəbulu aprelin 29-na keçirilib

26 Aprel 2019 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.

Medianfo.az-a DGK-dan verilən xəbərə görə, qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.