
Bakıya verilən elektrik enerjisi 20 % azaldı
"Bakıelektrikşəbəkə"nin baş mühəndisi Zakir
Quliyevin verdiyi məlumata görə, son
günlər Bakı şəhərində əhalinin elektrik enerjisi ilə təminatı sahəsindəki
çətinliklərin səbəbi "Azərenerji" ASC tərəfindən "Bakıelektrikşəbəkə" ASC-yə
verilən enerjinin həcminin azalması ilə bağlıdır. "Azərenerji"
ASC-nin paytaxt şəbəkəsinə verdiyi enerjini azaltmasının səbəbi isə "Şimal"
elektrik stansiyasındakı problemdir: "Nəticədə, "Azərenerji"nin bizim şəbəkəyə
verdiyi enerjinin həcmi adi günlərə nisbətən 50 MVt və ya 20% azalıb".
Baş mühəndis Bakı şəhərinin enerji şəbəkəsində başqa ciddi problemin olmadığını, çətinliklərin yalnız verilən enerjinin azalması ilə bağlı olduğunu bildirib.
O.M.
Digər xəbərlər