
Bu gün Sumqayıtda içməli su olmayacaq
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib. Hazırda təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
O.M.
Digər xəbərlər