"Azərkosmos"un nə qədər qazandığı məlum oldu

"Azərkosmos"un nə qədər qazandığı məlum oldu

1 Aprel 2019 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ilin yanvar-fevral aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu ilin ilk iki ayında "Azərkosmos" ASC peyk telekommunikasiya xidmətlərininin ixracından 2 milyon dollar məbləğində gəlir əldə edib. 2019-cu ilin fevral ayında isə "Azərkosmos" ASC dünyanın 14 ölkəsinə 952 min dollar dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır.