
Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri artırıldı
Azərbaycan dövlət başçısının fərmanı ilə Prezidentin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında" 2011-ci il 29 dekabr tarixli fərmanına dəyişikliklər edilib. Fərmana əsasən, Fondun xərcləri 10 561,304 mln. manatdan 10 751,304 mln. manatadək artırılıb. Xərclərin artırılması "Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi" maddəsi üzrə aparılıb. Belə ki, bu xərclər 110 mln. manatdan 300 mln. manatadək artırılıb.
O.M.
Digər xəbərlər