
«İnternet azadlığı» göstəriciləri üzrə Azərbaycan «İnternetin qismən azad olduğu ölkələr» siyahısında yer alır
"Freedom House" təşkilatı tərəfindən internetin və rəqəmsal medianın qlobal qiymətləndirməsini əks etdirən "Freedom on the Net 2011" hesabatında "İnternet azadlığı" göstəriciləri üzrə Azərbaycan "İnternetin qismən azad olduğu ölkələr" siyahısında yer alıb. Hesabatda bir sıra ölkə üzrə "İnternet azadlığı" göstəriciləri qiymətləndirilib və bu göstəriciyə görə Azərbaycan 48 balla 20-ci yeri tutub.
Hesabatda Estoniya, ABŞ və Almaniya tamamilə azad ölkələr
kateqoriyasında ilk üçlüyü təşkil edib. İnternetin qismən azad olduğu ölkələr
kateqoriyasında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Rusiya yer alıb. İnternet
istifadəçilərinin sayına görə dünya lideri olan Çin isə bu siyahıda azad
olmayan ölkələr kateqoriyasındadır. "İnternet azadlığı" üzrə "ən neqativ" ölkə
kimi İran qiymətləndirilib.
Xatırladaq ki, "İnternet azadlığı" göstəricisinin
hesablanması zamanı şəbəkəyə giriş maneələri, kontent məhdudiyyəti və istifadəçi
hüquqlarının pozulması sub-indeksindən istifadə olunur.
O.M.