ABŞ-ın dövlət borcu rekord səviyyəyə çatıb

ABŞ-ın dövlət borcu rekord səviyyəyə çatıb

13 Fevral 2019 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın rəsmi dövlət borcu 22,01 trilyon dollara çatıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə nazirliyinin yaydığı məlumatda deyilir. Donald Trampın ABŞ-a prezident seçilməsindən keçən iki il ərzində ölkənin dövlət borcu daha 2 trilyon dollar artıb. Öz növbəsində Beynəlxalq Valyuta Fondu ekspertləri ABŞ-ın dövlət borcunun 2026-cü ilə kimi artmaqda olacağını proqnozlaşdırıblar.

Xatırladaq ki, Barak Obamanın ABŞ-I idarə etdiyi 8 il ərzində dövlət borcu 9 trilyon dollar artaraq 20 trilyon dollara çatıb. Proqnozlara görə, ABŞ-ın dövlət borcunun artaraq 2026-cı ildə 26 trilyon dollara yüksələcəyi gözlənilir.