Donald Tramp adı veriləcək göydələn üçün 20 milyon dollar istəyib

Donald Tramp adı veriləcək göydələn üçün 20 milyon dollar istəyib

7 Fevral 2019 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

2006-cı ildə Moskvada inşa edilməsi nəzərdə tutulan göydələnlə bağlı yeni faktlar üzə çıxıb.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu göydələnə o vaxt Moskva ilə isti əlaqələri olan amerikalı biznesmen Donald Trampın adının verilməsi qərara alınıb. Lakın Tramp göydələnə adının verilməsi üçün 20 milyon dollar istəyib. Bununla bağlı Bloomberg agentliyinə müsahibə verən iş adamı Pavel Fuks deyib ki, göydələnin inşası ilə bağlı 2006-cı ildə Moskvada Trampın qızı İvanka və oğlu Donaldla görüşüb və bu məsələni müzakirə edib. Sonra isə eyni məsələni ABŞ-da Donald Trampın özü ilə razılaşdırmağa cəhd edib: "Tramp inşa ediləcək göydələnə adının verilməsi üçün 20 milyon dollar istədi. Mən isə ona 10 milyon dollar təklif etdim. O isə buna razı olmadı və nəticədə sövdələşməmiz baş tutmadı".