BƏƏ şirkəti Venesueladan 3 ton qızıl alıb

BƏƏ şirkəti Venesueladan 3 ton qızıl alıb

2 Fevral 2019 08:15
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliklərinin "Noor Capital" şirkəti ötən həftə Venesuela Mərkəzi Bankından 3 ton qızılaldığını, lakin bu Latın Amerikası ölkəsində siyasi böhran öz həllini tapana qədər daha almayacağını bəyana edib.

Bu barədə bəyanat şirkətin "Twitter" mikrobloqunda yerləşdirilib.

Daha əvvəl Venesuela Mərkəzi Bankının yaxın günlərdə BƏƏ-yə 15 tona yaxın qızıl satmağı planlaşdırdığı xəbər verilmişdi.

"Noor Capital" hansısa qanunsuz və ya qadağan olunmuş sövdələşmədə iştirak etmir. 21 yanvar 2019-cu il tarixində "Noor Capital" beynəlxalq standartlar və qüvvədə olan yerli qanunlara müvafiq olaraq Venesuela Mərkəzi Bankından 3 tona yaxın qızıl alıb. Ondan sonra sövdələşmə olmayıb", - deyə məlumatda bildirilir. Report