Dünya Bankı Efiopiyaya yardım edəcək

Dünya Bankı Efiopiyaya yardım edəcək

23 Noyabr 2018 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Bankı Efiopiya hökumətinin iqtisadi inkişafına yardım məqsədi ilə bu ölkəyə, 1.2milyard dollar yardım göstərməyi qərara alıb.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Dünya Bankının Efiopiyada olan nümayəndəsi Kerolin Türk deyib. O baş nazir Əhməd Abiy tərəfindən Efiopiyada həyata keçirilən iqtisadi islahatların Dünya Bankı rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını xüsusi qeyd edib: "Dünya Bankı Baş nazir Əhməd Abiyə inanır və onu dəstəkləyir. Ona görə də təmsil etdiyim bank tərəfindən Efiopiyaya 1,2 milyard dollar birbaşa maliyyə yardımı göstərilməsi qərara alınıb".