Məşhur Kodak şirkəti rəsmən müflis oldu

Məşhur Kodak şirkəti rəsmən müflis oldu

19 Yanvar 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Foto şəkilləri anında hazır edən şirkət iqtisadi böhrana hazır ola bilmədi

Bir zamanlar məşhur olan Kodak şirkətinin şəkilləri çoxlarının yadındadır. Adi fotolar kimyəvi proseslərdən keçdikdən sonra şəklə çevrildiyi halda, Kodak şəkilləri anında hazır olurdu. Bu da istifadəçilərin rahatlığını və üstünlüyünü təmin edirdi. Xatırlayırsınızsa, Kodak aparatı həm bahalı, həm də dəbdə idi. Lakin elm-texnikanın inkişafından bu şirkət də "nəsibini" aldı. Necə deyərlər, hər aşiqin öz dövranı var.

1880-ci ildə ABŞ-da təsis olunan Kodak 2012-ci ilin əvvəllərində məhkəmə qarşısında müflis olduğu barədə vəsatət qalırdı. Bloomberg xəbər agentliyinin məlumatına görə, Kodak-ın aktivləri 5,1 milyard dollar təşkil etdiyi halda, borcları 6,8 milyard məbləğinə çatıb.
"Reyrson" universitetindən olan iqtisadi ekspert Robert Barlinin fikrincə, şirkətin bu vəziyyətə düşməsinə yeganə səbəb onun inkişafa ayaq uydurmamasıdır.

Həftənin əvvəlində Kodak "Citigroup" maliyyə qurumundan 950 milyon kredit aldığını bildirmişdi. Lakin sonradan vəziyyət yaxşılığa doğru inkişaf etmədikdə, müflis olmaq barədə qərar qəbul edildi. Gözlənilir ki, Kodak patentlərinin böyük hissəsini rəqibi Canon şirkətinə satacaq.
"Bloomberg"-in məlumatında o da bildirilir ki, ötən il Kodakın səhmlərinin qiyməti 91% düşüb.

Foto həyatın əbədiləşdirilmiş anıdır. Kaş ki, hər kəs uğurlarını əbədiləşdirə biləydi...

Aqil Hüseynov

O.M.