Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycan nefti bahalaşmaqda davam edir

19 Sentyabr 2018 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,75 dollar və yaxud 0,94% artıb.

"Azeri LT CIF" markalı neftin qiyməti 80,66 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (report)