Azərbaycanın neft-qaz sektoruna təqribən 95 milyard dollar investisiya cəlb olunub

Azərbaycanın neft-qaz sektoruna təqribən 95 milyard dollar investisiya cəlb olunub

7 Sentyabr 2018 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın neft-qaz sektoruna müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi üçün təqribən 95 milyard ABŞ dolları həcmində investisiya cəlb edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sentyabrın 7-də Bakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018"də deyib.

"Ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir", - deyə nazir bildirib.