Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçirilir

7 Sentyabr 2018 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Azərbaycan-ABŞ biznes forumu işə başlayıb.

Tədbirə "Fortune 500" qrupuna daxil olan şirkətlər qatılıb.

Jurnalistlərə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib ki, qrupun üzvü olan və biznes-forumda təmsil oluan 200-dən artıq ABŞ şirkətinin ümumi dövriyyəsi 30 trln. ABŞ dollarndan çoxdur.

"Bu şirkətlərin əksəriyyəti Azərbaycana sərmayə qoymaq niyyətindədir. Onlarla Bakıda danışıqlar aparılacaq və bu danışıqlar nəticəsində Azərbaycana yeni investisiyalar cəlb ediləcək. Nəticədə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi artacaq", - V.Qasımlı qeyd edib. (report)