
Ukrayna Rusiya Federasiyasını Beynəlxalq məhkəməyə verəcək
Ukrayna Rusiya Federasiyasını Beynəlxalq məhkəməyə verəcək. Əgər Rusiya qaz danışıqlarında qarşılıqlı razılığa gəlməsə. Ukraynanın Baş naziri Nikolay Azarovun şəxsi Facebook yazışmalarına istinad edən İnterfax xəbər agentliyi bildirir ki, Ukrayna Rusiyanı Beynəlxalq arbitraj məhkəməsinə verməyə hazırlaşır: "Ukrayna iki ölkə arasında münaqişənin Beynəlxalq arbitraj məhkəməsində müzakirəsinə hazırdır. Əgər strateji tərəfdarımızla danışıqlarımız müsbət nəticə verməsə, biz bu addımı atmağa məcburuq. Biz həqiqətən strateji tərəfdaşıqsa, gərək razılığa gələk", - deyə Ukraynanın Baş naziri sosial şəbəkədə fikirlərini oxucularla bölüşüb.
O.M.
Digər xəbərlər