"Techrights" Apple məhsullarını boykot eləməyə çağırır

"Techrights" Apple məhsullarını boykot eləməyə çağırır

29 Dekabr 2011 01:07
Bəyəndim (0) Bəyənmədim (0)
Anti-patent qrupu mərhum Stiv Cobsu təxribatı sevən iddiaçı adlandırıb

"Techrights" anti-patent qrupu istehlakçıları Apple məhsullarını boykot eləməyə çağırır. Məqsəd mobil istehsalçı şirkəti "Linux" və "Android" şirkətlərinə qarşı qaldırdığı iddia ərizəsindən daşındırmaqdır. Rusiyanın iPhones.ru saytının məlumatına görə, "Techrights" mərhum Stiv Cobsu təxribatı sevən iddiaçı adlandırıb. Anti-patent qrupu Stiv Cobsun xidmətlərinin həddən artıq şişirdildiyini narazılıqla ifadə edir: "Cobsun təbliğatı belə bir illüziya yaradır ki, guya smartfon, planşet, ümumiyyətlə parlaq olan bütün yeniliklər ona aiddir." "Techrights" anti-patent qrupu həmçinin iddia edir ki, Apple şirkəti öz işini saxtakarlıqla və qalmaqallarla qurur. Qrup Apple-nin məhsullarının keyfiyyətinə qarşı olmasa da, şirkətin dünya mobil bazarında rəqiblərinə qarşı haqsız iddialar irəli sürməsinə qəti narazıdır. Belə ki, bu halda azad rəqabət prinsipinin pozulduğu qənaətindədir.

Atalar əbəs yerə deməyiblər: "Alma almaya bənzər"..

Murad Şahməmmədov

O.M.