İspaniya kralının ailəsi 3,3736 milyon avro vergi ödəməlidir

İspaniya kralının ailəsi 3,3736 milyon avro vergi ödəməlidir

29 Dekabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
İlk dəfə olaraq İspaniya kraliyyət ailəsinin gəlirləri haqda bəyannamə hazırlandı

İspaniyanın kraliyyət ailəsi tarixdə ilk dəfə olaraq gəlirləri haqda bəyannamə təqdim edib. Beləliklə, İspaniya kralı I Xuan Karlosun 2011-ci ildə gəlirləri 2 927 520 avro təşkil edib. Bu barədə kraliyyət ailəsinin rəsmi internet saytına istinadən AFP məlumat yayıb. Ailənin ümumi gəliri bu il 8 434 000 avro təşkil edib. Tax-tacın vəliəhdi Asturiya şahzadəsi Felipe 2011-ci ildə 1 463 750 avro qazanc əldə edib. Qeyd edək ki, dövlətin vergi orqanları gəlirlərin 40 % - ni vergilərə tutacaq.

Büdcə bu il kralın xanımı Sofiyaya, şahzadələr Kristina və Yelenaya, həmçinin vəliəhdin xanımı Letisiyaya 375 000 avro ayırıb. Bu məbləği şəxsən kral I Xuan Karlos özü müəyyən edir.

Xatırladaq ki, uzun illərdən bəri siyasi partiyalar, ictimai təşkilatlar dəfələrlə kraliyyət ailəsinin gəlirləri haqda məlumatın verilməsini tələb ediblər. Ümumdünya iqtisadi böhranının ikinci dalğasından sonra İspaniyada işsizlik daha da artdı. Kral məcburiyyət qarşısında tələblərə razılıq əlaməti olaraq builki gəlirləri haqda məlumatı ictimaiyyətə təqdim etdi.

Şahlar hesabat verməzlər, məlumat verərlər...

Murad Şahməmmədov

O.M.