Müharibə əlilləri və şəhid ailələrinə verilən prezident təqaüdü 10 % artdı

Müharibə əlilləri və şəhid ailələrinə verilən prezident təqaüdü 10 % artdı

23 Dekabr 2011 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında fərman verib. "AzərTac"-ın məlumatına görə, təqaüdün aylıq məbləğinin 2011-ci il dekabrın 1-dən 10 faiz artırılması qərara alınıb. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı İlham Əliyev "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında da fərman verib. Fərmana əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 (yüz altmış beş) manat məbləğində müəyyən edilir. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərmanda qeyd olunub ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1040; 2010-cu il, № 9, maddə 771) 1-ci hissəsində "150 (yüz əlli)" sözləri "165 (yüz altmış beş)" sözləri ilə əvəz edilsin.

O.M.