
Azərbaycanda beynəlxalq uçuşların qiyməti düşdü
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar növbəti kampaniyaya start verib. AZAL-dan verilən məlumata görə, bu gündən etibarən müxtəlif beynəlxalq marşrutlar üzrə aviabiletləri AZAL-ın web-saytından online şəkildə əldə edən sərnişinlər bayramlarda güzəştli səyahətlər edə biləcək. Qeyd edək ki, biletlər online əldə olunduğu zaman xüsusi endirim tarifləri ilə təklif ediləcək. Aviaşirkət bu təklifə məhdudiyyət qoymaq hüququnu özündə saxlayır.
O.M.
Digər xəbərlər