OPEK qərarı əks effekt verdi: Bakının mövqeyi…

OPEK qərarı əks effekt verdi: Bakının mövqeyi…

23 İyun 2018 18:34
Bəyəndim (0) Bəyənmədim (0)

OPEK neft hasilatının artırılması ilə bağlı qərar versə də, neftin qiymətləri azalmaq əvəzinə artır.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu sözləri axar.az-a OPEK və qeyri-OPEK ölkələrinin neft hasilatı ilə bağlı qərarı haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"OPEK-in qərarından sonra neftin qiymətlərinin ucuzlaşacağı gözlənilirdi. Ancaq bunun əksi baş verir. Görünür, siyasət ilə əlaqədar olaraq ajiotaj var".

Millət vəkili bildirib ki, Azərbaycan OPEK üzvləri və təşkilata daxil olmayan 11 ölkə ilə daha öncəki ümumi müqaviləyə riayət edəcək.

Qeyd edək ki, iyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) "Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq" mövzusunda 7-ci beynəlxalq seminarı keçirilib. OPEK ölkələri gündəlik neft hasilatının 1 milyon barrel artırılması barədə razılıq əldə edib.