Gələn ildən Azərbaycan zirehli uniforma istehsalına başlayacaq
Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilir ki, nazirliyin "Radioquraşdırma" zavodu gələn ilin əvvəlindən İordaniyanın "NP Aerospace Jordan" şirkətinin lisenziyası əsasında dəbilqə və zirehli gödəkcələrin istehsalına başlayacaq.İstehsal prosesinə 2012-ci ilin ilk rübündə start veriləcək. MSN və İordaniyanın Kral II Abdulla Layihə Bürosu arasında 2010-cu ilin may ayında imzalanmış saziş çərçivəsində artıq "Radioquraşdırma" zavodunun tələb olunan xammalla təchizatına dair müqavilə imzalanıb. İstehsalçı heyətə həm İordaniyada - "NP Aerospace Jordan" şirkətinin müəssisəsində, həm də Azərbaycanda müvafiq treninqlər keçirilib. Eyni zamanda zavodda istehsal sahəsi hazırlanıb və ilk məhsulların nümunələri buraxılaraq testlərdən keçirilib. Müqaviləyə əsasən, İordaniya şirkəti "Radioquraşdırma" zavodunu 15 min dəbilqə üçün kompozit material, 12 min zirehli gödəkcə üçün keramik plitə ilə təmin edəcək.
O.M.





.jpg)

































































.jpg)


.jpg)












