Bu gün 5 rayonda təbii qaz olmayacaq

Bu gün 5 rayonda təbii qaz olmayacaq

20 Dekabr 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, bu gün səhər saat 08:00 radələrindən ölkənin şimal-qərb bölgəsinə (Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb. Buna səbəb olaraq Yevlax-Balakən magistral qaz kəmərinin 13,5 və 14,5-ci kilometrliyində qaz sızmalarının aşkar edilməsi göstərilir. Bu səbəbdən beş rayona təbii qazın verilməsində müvəqqəti fasilə yaranıb. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları magistral qaz kəmərində vermiş qaz sızmalarının aradan qaldırılması istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması və bölgəyə təbii qazın verilməsi gözlənilir.

O.M.