Azərbaycan prezidentinin fərmanı ilə Gənclər Fondu yaradıldı

Azərbaycan prezidentinin fərmanı ilə Gənclər Fondu yaradıldı

20 Dekabr 2011 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında fərman imzalayıb. Fərmanda "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi" təsdiq edilib. Gənclər Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və prezidentə təqdim etsin, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini, fərmandan irəli gələn digər məsələləri həll etsin.

O.M.