Qalmaqallı Stross Kan yenidən fəaliyyətə başlayır

Qalmaqallı Stross Kan yenidən fəaliyyətə başlayır

17 Dekabr 2011 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Stross Kan yenidən diqqət mərkəzindədir. Belə ki, bazar ertəsi günü Pekində keçiriləcək iqtisadi forumda o da iştirak edəcək. Fransanın "Erop-1" radiostansiyasının məlumatına görə, Dominik Stross Kan hətta tədbir də çıxış da edəcək. Tədbirin təşkilatçısı olan Çinin internet üzrə ixtisaslaşmış NetEase şirkəti onu şəxsən dəvət edib. Dominik Stross Kandan başqa toplantıya 60-a qədər iqtisadçı və 200 çinli müəssisə rəhbəri qatılacaq.

Xatırladaq ki, bu ilin yaz ayında baş verən qalmaqaldan sonra Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri ilk dəfə yüksək ampluada auditoriya qarşısına çıxacaq.

O.M.